Xəzər Xəbər

Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” bağlanış konserti keçirilib

Mədəniyyət | 10:52 • 26 Avqust 2024
Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” bağlanış konserti keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” bağlanış konserti keçirilib.

Xezerxeber.az xəbər verir ki, yayın son istirahət günü Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti olub. Paytaxt sakinləri və şəhərimizin qonaqları parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl yay axşamı keçiriblər.

Konsertin istənilən auditoriyanın marağını cəlb etməsi üçün zəngin proqram hazırlanmışdı. “Yay Festivalı”nda məşhur müğənnilərin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa olunub. Sevdiyimiz və hər zaman böyük həvəslə dinlədiyimiz bu ifalar duet, yaxud kollektiv şəklində səslənib. Əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim olunub. Məqsəd isə musiqidə nəsillərin dialoqunu nümayiş etdirməkdir.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Almaxanım Əhmədli və Aygün Bəylərlə virtual duet, Almaz Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva və İlkin Əhmədov, Mələkxanım Eyyubova və Ramal İsrafilov, Mənsum İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova, Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas Bağırov, Niyaməddin Musayev və “Döngə” qrupu, PRoMete və Samirə AliMəryam, “Rast” qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və “Nənələr” qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli duetləri, eləcə də Gülyaz və Gülyanaq Məmmədovalar və Kamilə Nəbiyeva, İlahə Rüstəmova, həmçinin Təyyar Bayramov, Rəvanə Əmiraslanlı, Mirəli Sarızadə, daha sonra isə Səbinə Babayeva, Sona Əzizova, Atilla Qərib, Atilla Məmmədov çıxış edib.

Xəbər lenti

Çox oxunanlar