Xəzər Xəbər

Natəvanın “Gül dəftəri”nə sertifikat verilib

Mədəniyyət | 11:00 • 6 Avqust 2024
Natəvanın “Gül dəftəri”nə sertifikat verilib

UNESCO-ya daxil edilmiş Xurşidbanu Natəvanın “Gül dəftəri”nə sertifikat verilib.

AMEA-dan Xezerxeber.az-a verilən xəbərə görə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, Xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” nominasiyanın UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsi ilə əlaqədar UNESCO tərəfindən verilən sertifikatın əslini təqdim edib.  
Qeyd edək ki, Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan - album of illustrated verses) adlı nominasiya 2023-cü ildə UNESCO İcraiyyə Şurası tərəfindən qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar