Xəzər Xəbər

Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii GECƏ

Mədəniyyət | 16:00 • 20 İyul 2024
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii

İyulun 27-də Laçın şəhərində Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunacaq. Tədbir Laçın şəhərinin Həkəri bulvarında, açıq havada baş tutacaq.

Xezerxeber.az xəbər verir ki, ədəbi-bədii gecədə müğənninin ailəsi, sənət dostları, söz adamları və Beynəlxalq Muğam Mərkəzinin solistləri iştirak edəcəklər.

Tədbirdə müğənni haqqında xatirələr söyləniləcək, ifa etdiyi mahnılar səsləndiriləcək, Azərbaycan Dövlət Televiziyasının arxivlərində qorunan nadir videokadrlar nümayiş olunacaq. Həmçinin səhnənin yanında Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi xüsusi guşə yaradılacaq.

“Məhəbbətlə...” adlı gecə ənənəvi xatirə gecələrindən fərqlənəcək. Belə ki, burada süni intellektdən istifadə olunacaq və müasir aranjimanlar təqdim ediləcək.

Xəbər lenti