Xəzər Xəbər

VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışından FOTOLAR

Mədəniyyət | 20:20 • 11 May 2024
VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışından

Şuşada 11-13 may tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı baş tutub.

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı dünyanın bir çox ölkələrindən olan çoxsaylı musiqiçilərin iştirak etdiyi dostluq və musiqi bayramıdır, mədəni irsimizin zəngin ənənələrinin qorunmasına, eləcə də mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir, müxtəlif ölkələri təmsil edən musiqiçilərin ünsiyyət və əməkdaşlığı üçün əlverişli şərait yaradır.

Festivalın qonaqları arasında dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələləri, yaradıcı ziyalılar və gənclər var.

Cıdır düzündə Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsin və VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı münasibətilə tanınmış incəsənət ustaları və gənc istedadların, musiqiçi və vokalistlərin, muğam, klassik və xalq musiqisi ifaçılarının, xoreoqrafiya kollektivlərin iştirakı ilə konsert təqdim edilib. Festivalın iştirakçıları arasında Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə, İCESCO-ya üzv ölkələrindən olan ifaçılar və yaradıcı kollektivlər təmsil olunur.

Möhtəşəm tədbirdən fotoları təqdim edirik:

 

Xəbər lenti