Xəzər Xəbər

AQTA: Çingiz Abdullayev qidadan zəhərlənməyib

Mədəniyyət | 12:18 • 15 Aprel 2024
AQTA: Çingiz Abdullayev qidadan zəhərlənməyib

Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qaydada araşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

"Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir" - məlumatda bildirilib.

Xəbər lenti