Xəzər Xəbər

Əli Əhmədov: Ermənistan Azərbaycanın mədəni sərvətlərini talayıb

Mədəniyyət | 10:04 • 8 Dekabr 2022
Əli Əhmədov: Ermənistan Azərbaycanın mədəni sərvətlərini talayıb

Otuz ilə yaxın müddətdə dünya birliyi münaqişənin Azərbaycan üçün ağır nəticələrini aradan qaldırmaq istiqamətində təsirli tədbirlər görmədi. Azərbaycan bunu öz gücü hesabına həll etdi. Münaqişələr olan yerdə ədalətsizliklər hökm sürür. Dünyanın qəbul etdiyi ədalət dəyərlərində aşınmalar meydana gəlir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Baş nazirin müavini bildirib ki, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası qəbul edilib. Müstəqilliklərini bərpa etmiş Azərbaycan və Ermənistan 1993-cü ildə bu Konvensiyaya qoşulub, onun öhdəliklərini öz üzərilərinə götürüb. Amma təəssüf ki, Ermənistan işğal dövründə Azərbaycanın mədəni sərvətlərini talayıb. 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra azad edilən şəhər və rayonlarda erməni vandalizminin izlərinin bir daha şahidi olduq.

Xəbər lenti