Xəzər Xəbər

Amerikalı yazıçı vəfat edib

Mədəniyyət | 17:11 • 9 Sentyabr 2022
Amerikalı yazıçı vəfat edib

Stiven Kinqlə iki kitabın həmmüəllifi olan amerikalı yazıçı Piter Straub omba sümüyünün sınığından sonra səhətində yaranan fəsadlar üzündən 79 yaşında vəfat edib. Bu barədə “The New York Times” yazır.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Kinq sosial şəbəkədə Ştraubun vəfatı ilə bağlı başsağlığı verib, onu yaxşı dost və heyrətamiz və istedadlı həmkarı adlandırıb.

Straub 1943-cü il martın 2-də Viskonsin ştatının Milvaukee şəhərində anadan olub. O, Kolumbiya Universitetində ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi alıb. Straub qorxu, triller, qotika və mistisizm kimi janrlarda yazıb. Onun “Evliliklər” adlı ilk əsəri 1973-cü ildə nəşr olunub. Straub Stiven Kinqlə "Talisman" (1984) və onun davamı "Qara Ev" (2001) kitabların yazıb. Straubun son romanı “Qaranlıq materiya” 2010-cu ildə işıq üzü görüb.

Xəbər lenti

Çox oxunanlar