Xəzər Xəbər

Azərbaycanda teatr direktorunun ölkədən çıxışına “stop” qoyuldu

Bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb
Mədəniyyət | 14:40 • 20 İyul 2022
Azərbaycanda teatr direktorunun ölkədən çıxışına “stop” qoyuldu

Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur. (Qafqazinfo)

Xəbər lenti

Çox oxunanlar