İngiltərə qrupu "The Beatles"in əvvəllər heç vaxt nümayiş olunmayan 300-dən çox fotolarının neqativlərdən ibarət kolleksiyası hərracda 253 min sterlinq funtuna (357 min dollar) satılıb.
Bu barədə Trend "BBC"yə istinadən xəbər verir.
Kolleksiya Liverpul dörtlüyü ilə bağlı ənənəvi qiymətli əşyaların hərracında əsas lot olub.
Şəkillərin müəllifi fotoqraf Mayk Mitçel olub. Şəkillərin çəkildiyi an, 1964-cü ildə, onun 18 yaşı olub.