Xəzər Xəbər

Berlində 68-ci kino festivalı başlayıb

Mədəniyyət | 15:26 • 16 Fevral 2018
Berlində 68-ci kino festivalı başlayıb

Berlin kino forumu mövsümünü açıq elan edib. Artıq 68-ci dəfə keçirilən kino festivalının əsas müsabiqəsində 19 film iştirak edir, ümumilikdə isə forum çərçivəsində 400-dən çox film nümayiş olunacaq. Almaniya paytaxtı 10 gün ərzində dünya kinosunun paytaxtına çevriləcək


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki. Festival Ues Andersonun "İt adası” filmi ilə açılıb. Bütün diqqətlər çəkiliş qrupuna və səslərini animasiya filminin personajlarına verən aktyorlara yönəlib. Nəticədə kimin "Qızıl ayı”ya layiq olduğuna əsas müsabiqənin jürisi qərar verəcək.


Berlin beynəlxalq kino festivalı ilk dəfə 1951-ci il iyunun 6-da keçirilib. Festivalın əsası İkinci Dünya müharibəsində müttəfiq olan ABŞ, Böyük Britaniya və Fransa tərəfindən qoyulub. "Berlinale” Kann və Venesiya festivalları ilə birgə kino aləminin ən iri və nüfuzlu forumu sayılır. Müxtəlif illərdə İnqmar Berqman, Mikelancelo Antonioni, Fransa "yeni dalğasının” rejissorları – Jan-Lük Qodar, Klod Şabrol və başqa görkəmli rejissorların filmləri Berlin kino festivalında uğur qazanıb.

Xəbər lenti

Çox oxunanlar