Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib.
Türkiyənin "Hüriyyət” qəzetinin verdiyi məlumata görə, o uzun müddətxəstəlikdən əziyyət çəkib.
Aktyor "Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulda anadan olub.
Qeyd edək ki, Ankara və İstanbul dövlət teatrlarında çalışıb. 1950-ci ildən başlayaraq, filmlərdə rol almağa başlayıb. Ssenarisi Nazim Hikmət və İhsan Kozaya aid "Üçüncü Səlim” filmindəki rolu ilə böyük kinoya qədəm qoyub. 1951-ci ildə Muhsin Ərtuğrulun "Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda görünüb. 1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona "Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib.
"Nəşəli günlər”, "Mavi Muncuq”, "Arım, balım, pәtәyim”, "Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, "Hababam sinifi” trilogiyasındakı "Keçəl Mahmud” obrazı ona böyük məşhurluq gətirib.
Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor 4 dəfə evli olub.
O, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi.