Əlyazmalar İnstitutundan XəzərXəbər-ə bildirilib ki, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.
Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.