Cənubi Afrikanın təbiətində yaşamaq uğrunda mübarizə aparan 2 vəhşi heyvan arasında maraqlı hadisə baş verib.
26 yaşındakı fotoqraf Kraiq Şraibman bir kirpinin erkək bəbir ilə mübarizəsini görüntüləyib. Axşam yeməyi üçün şikar axtaran bəbir kirpini ovlamaq qərarına gəlib.
Ancaq bəbir nə qədər çalışsa da istəyinə nail ola bilməyib. Özünü müdafiə etməyi bacaran kirpi iynələri vasitəsi ilə canını qurtarıb. Bəbir nə qədər etsə də sözün əsl mənasında kirpiyə bata bilməyib.
Sonda bir neçə dəfə yaralanan bəbir fikrindən daşınaraq ərazidən uzaqlaşmalı olub.
anspress