Xəzər Xəbər

Bu duyğudan məhrum olmayın: Siqaretin daha bir zərəri

Maraqlı | 11:05 • 14 İyul 2014
Bu duyğudan məhrum olmayın: Siqaretin daha bir zərəri

Amerikada aparılan bir araşdırma, siqaret çəkməyin xərçəng və ürək xəstəlikləri ilə yanaşı, dad bilmə duyğusunun itməsi və yeməklərin ləzzətini pozduğunu göstərib.

 

Araşdırmanı reallaşdıran elm adamları, siqaret çəkən və orta yaşları 25 olan 62 gənc arasında təcrübə aparıblar.

 

Araşdırmaçılar siqaret çəkənlərin dilindəki dad tumurcuqlarının şəklinin, çəkməyənlərə görə daha yastı və düz olduğunu təsbit ediblər. Ancaq, iki qrup arasında dad tumurcuqlarının sayları arasında fərq olmadığı görülüb.

 

Buna baxmayaraq, siqaret çəkənlərdən bir neçəsinin çəkməyənlərlə oxşar dadları hiss etdiyini söyləyən araşdırmaçılar, bunun səbəbini açıqlamaq üçün isə tədqiqatların davam edəcəyini söyləyiblər.

Xəbər lenti