Belçikada yerləşən bu meşəlik ərazidə 70 ildir ki, avtomobil tıxacı yaşanır. Bura əslində sıradan çıxmış avtomobillərin qəbiristanlığı da demək olar. 70 ildir ki, avtomobillər bu ərazidə ard-arda düzülmüş vəziyyətdə qalır.
Deyilənə görə, Amerika əsgərlərinin II Dünya müharibəsi ərəfəsində Belçikaya gətirdiyi bu avtomobillər sonra təkrarən qitəyə qaytarılmayanda burada saxlanılıb.