Çində 8 aylıq körpəsini əmizdirərkən sinəsini dişləməsinə hirslənən ana oğlunun bədənini qayçı ilə 90 yerindən kəsib. Səkkiz aylıq Xiao Baonu qan içində tapan əmisi körpəni dərhal xəstəxanaya aparıb.
Üzünə 100 tikiş atılan körpənin müalicəsi sürərkən, ana həbs olunub. Hadisə ölkənin şərqindəki Jiangsu əyalətinin Xuzhou şəhərində meydana gəlib.
Polisə oğlunu əmizdirərkən sinəsini dişləməsinə əsəbiləşdiyini və özünü itirdiyini söyləyən ana, əsəb sisteminin yerində olub-olmadığı müəyyənləşdirilməsi üçün psixiatriya klinikasına göndərilib. Buradakı müayinədən sonra ananın ruhi sağlamlığının yerində olduğu üzə çıxıb.