Xəzər Xəbər

Tarixin ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılacaq FOTO

Maraqlı | 13:53 • 21 May 2024
Tarixin ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılacaq

Danimarkalı iş adamı və kolleksiyaçı Lars Emil Brunun 20-ci əsrin əvvəlində topladığı nadir sikkə kolleksiyası payızda hərraca çıxarılacaq.

Xezerxeber.az xəbər verir ki, Emil Brun 1922-ci ildə bu kolleksiyanı bir varlı ailədən alıb.

Kolleksiyanın təkrar satılacağı təqdirdə Danimarka Milli Muzeyinin imtiyazlı alıcı hüququ şərt kimi irəli sürülüb. O, bir il sonra dünyasını dəyişib.

Məlumata görə, Birinci dünya müharibəsinin fəlakətlərinə şahid olan kolleksiyaçı topladığı əşyaların ölümündən sonra 100 il milli sərvət kimi saxlanmasını vəsiyyət edib. Bu müddət 2023-cü ilin sonunda başa çatıb. İndi isə 20 mindən çox sikkənin toplandığı kolleksiya hərraca çıxarılmaq üçün hazırlanır. Ekspertlər əşyaların 72 milyon dollara satılacağı qənaətindədirlər. Kolleksiyadakı 16-17-ci əsrlərə aid 7 sikkəni Danimarka Milli Muzeyi satın alıb.

Filadelfiyada (ABŞ) yerləşən “Stack's Bowers” hərrac evinin məlumatına görə, indiyədək bu qiymətdə numizmatika kolleksiyası satışa çıxarılmayıb.

Xəbər lenti

Çox oxunanlar