Xəzər Xəbər

Xirosimada aşkar olunan saat 31 min 113 dollara satılıb

Maraqlı | 09:08 • 26 Fevral 2024
Xirosimada aşkar olunan saat 31 min 113 dollara satılıb

ABŞ-nin Boston şəhərində fəaliyyət göstərən “RR Auction” adlı hərrac şirkəti 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atılan atom bombası nəticəsində əriyən saatı satışa çıxarıb.

Xezerxeber.az-ın xarici mediaya istinadla xəbər verir ki, atom bombası partladığı zaman saat 08:15-də dayanıb, həmin saat 31 min 113 dollara satılıb.

Nüvə silahlarının yaratdığı dağıntılarda aşkar olunan saatı alanın adı açıqlanmayıb. “RR Auction”nin açıqlamasında saatın atom bombası hücumundan sonra yardım vəzifəsi üçün bölgəyə gedən bir ingilis əsgəri tərəfindən xarabalıqlardan tapıldığı qeyd edilib.

ABŞ dünya tarixində ilk dəfə 1945-ci il avqustun 6-da Yaponiyaya qarşı atom bombasından istifadə etdi. Təxminən 140 min insanın həyatını itirdiyi Xirosimaya hücum zamanı yüz minlərlə insan yaralandı və radiasiya səbəbindən insanlarda xəstəliklər yarandı. Yaponiya 1945-ci il avqustun 9-da ikinci atom bombası hücumuna məruz qaldı və bununla da Naqasakidə böyük dağıntılar baş verdi. Atom bombası hücumlarında 200 mindən çox insan həyatını itirdi.

Xəbər lenti