Xəzər Xəbər

Bu ölkədə ən çox yatana mükafat verilir

Maraqlı | 09:43 • 2 Sentyabr 2023
Bu ölkədə ən çox yatana mükafat verilir

Monteneqronun Brezna kəndində ən çox yatmaq yarışması keçirilir.

Xezerxeber.az xəbər verir ki, yumoristik ənənəyə görə, yarışma cari ildə 12-ci dəfə keçirilir.

 
Yarışmanın qaydalarına əsasən, gün ərzində iştirakçılara yatmağa, qida və içki qəbul etməyə, kitab oxumağa və telefondan istifadə etməyə icazə verilir. Lakin bütün bunlar uzanıqlı vəziyyətdə olmalıdır. Onların ayağa qalxması qayda pozuntusu hesab olunur. İştirakçılar yalnız hər 8 saatdan bir təbii ehtiyaclarını ödəyə bilərlər.

Qalibə 1000 avro mükafat verilir və o, ölkənin “ən tənbəl vətəndaşı” olur. 

Xəbər lenti