Xəzər Xəbər

“Qərbi Azərbaycan Ensiklopediyası” HAZIRLANIR

Maraqlı | 14:41 • 20 İyun 2023
“Qərbi Azərbaycan Ensiklopediyası”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qərbi Azərbaycan Ensiklopediyası" hazırlanacaq.

Xezerxeber.az AMEA-ya istinadən məlumat verir ki, Rəyasət Heyətinin iclasında Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub.

AMEA prezidenti akademik İsa Həbibbəyli deyib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətindəki tədbirlər təşkil edir.

O qeyd edib ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-da Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradılıb.

"Şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir."

Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024