Xəzər Xəbər

Pikassonun tablosu 24,6 milyon dollara satıldı

Maraqlı | 14:31 • 10 Oktyabr 2021
Pikassonun tablosu 24,6 milyon dollara satıldı

Pablo Pikassonun “Femme accroupie” əsəri hərracda 24,6 milyon dollara satılıb.

Honkonqda keçirilən hərracda tablo 1954-cü ildə çəkilib.

Sözügedən hərracda həmçinin Vinsent Van Qoqun natrümortu 9,1 milyon dollara satılıb.

Çinli rəssam Sanyunun “Yatmış çılpaq” əsəri isə həmçinin 10,3 milyona sahibini tapıb.

Mənbə: TASS

Xəbər lenti