Xəzər Xəbər

Peyvəndlər sonsuzluğa səbəb ola bilərmi? - Alimlər açıqladı

Maraqlı | 12:05 • 22 Mart 2021
Peyvəndlər sonsuzluğa səbəb ola bilərmi? - Alimlər açıqladı

Koronavirus infeksiyasına qarşı vaksinasiyanın sonsuzluq yaratma riski yoxdur. Əlavə olaraq, peyvəndin özündə insana yoluxacaq miqdarda COVID-19 yoxdur.

Rusiya mətbuatı xəbər verir ki, bunu molekulyar bioloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı tədqiqatçısı Maksim Skulaçev söyləyib.

“Mövcud təsdiqlənmiş peyvəndlərdə kiçik virus parçası var, bu, onun genlərindən biridir, hətta bu genin yarısıdır. Əlbəttə bu, koronavirus infeksiyasına səbəb ola bilməz. Peyvəndin sonsuzluğa səbəb olma riski ilə bağlı yayılan məlumatlar yalandır və heç bir dərman buna səbəb ola bilməz”, - həkim bildirib.

Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Tədqiqat üzrə müdir müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov isə qeyd edib ki, hər bir şirkət peyvənd hazırlayarkən beynəlxalq protokola əsasən hərəkət edir və bunun nəticəsində dərmanlar təsirli və tamamilə təhlükəsiz olur./publika.az

Xəbər lenti

Çox oxunanlar