Xəzər Xəbər

Daltonizmə qarşı linzalar hazırlanacaq

Maraqlı | 15:42 • 17 Mart 2021
Daltonizmə qarşı linzalar hazırlanacaq

Yeni linzaların yaradılması ideyasını alimlər "mərcanı şüşə" haqqında əfsanədən götürüblər. Əfsanəyə görə qədim şüşə ustaları şüşəyə sirli qırmızımtıl çalar vermək üçün əridilmiş xammala qızıl hissəcikləri əlavə edirdilər.

Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Universitetinin mütəxəssisləri strukturu qırmızı şüaları daha effektiv şəkildə filtrdən keçirən optik göz linzalarının prototipini yaradıblar. Yeniliyin daha bir üstünlüyü onun tərkibində köhnə modellərdə istifadə olunan və sağlamlığa zərər vuran zəhərli boyaların olmamasıdır. Lakin yeni linzalar üzərində hələ klinik tədqiqatlar aparılmayıb və praktiki tətbiqə hazır deyil.

Rusiya mətbuatının məlumatına əsasən, yeni linzaların yaradılması ideyasını alimlər "mərcanı şüşə" haqqında əfsanədən götürüblər. Əfsanəyə görə qədim şüşə ustaları şüşəyə sirli qırmızımtıl çalar vermək üçün əridilmiş xammala qızıl hissəcikləri əlavə edirdilər.

Alimlər işığın tam diffuziyası effekti verən, bio-uyğun qızıl nanohissəcikləri hazırlayaraq onları hidrogel polimerinə yerləşdiriblər. Bu zaman hissəciklər müəyyən dalğa uzunluqlarında işığı əks etdirərək güzgü effekti nümayiş etdiriblər.

Təcrübələrin gedişində həmin hissəciklərin optimal ölçüsü müəyyən olunub ki, bu da 40 nanometrə bərabərdir. Məsələ bundadır ki, bu parametrlər daxilində onların bir-birinə yapışması mümkün deyil. Bundan əlavə, bu qədər kiçik hissəciklər kifayət qədər işığı filtrdən keçirməyə qadir deyil. Belə ki, onların imkanları müəyyən olunmuş dalğa diapazonu ilə məhdudlaşır. Belə ki, 520-580 nanometr diapazonda yaşıl və qırmızı rənglər bir-birini örtür, filtrasiya isə bu effekti minimuma endirərək daltonizmdən əziyyət çəkən insanların rəngləri ayıra bilməsini xeyli yaxşılaşdırır./Sputnik

Xəbər lenti

Çox oxunanlar