Xəzər Xəbər

Evliliyinin 8-ci ayında əri qollarını kəsdi - Qeyri-adi səbəb

Əri tərəfindən vəhşiliyə məruz qalan qadından 8 mart münasibəti ilə müsahibə götürülüb.
Maraqlı | 17:23 • 9 Mart 2021
Evliliyinin 8-ci ayında əri qollarını kəsdi - Qeyri-adi səbəb

Əri tərəfindən vəhşiliyə məruz qalan qadından 8 mart münasibəti ilə müsahibə götürülüb.

Hazırda 93 yaşı olan Ayşə nənənin başına gələnlər jurnalisti şoka salıb. Belə ki, Manisada yaşayan qadın evliliyinin 8-ci ayında əri tərəfindən qolları kəsilib.

Onun qollarının kəsilmə səbəbi isə təəccübləndirir. Qadının dediyinə görə, ərinin qohumugilə 2 metrlik bezi hədiyyə apardığına görə əri onun qollarını kəsib.

"Bazar günü idi... Axşam saatlarda ərim evə gəlib məni zorla tarlaya apardı. Hava da soyuq idi, getmək istəmirdim. Tarlaya çatanda məndən hədiyyəni hansı əlimlə verdiyimi soruşdu. Sağ əlimi göstərəndə dəryaz ilə qolumu kəsdi. Mən də sol əlimi uzadıb, bunu də kəs, tək əlimlə nə edəcəm deyəndə sol əlimi də kəsdi".

Qadın bildirib ki, bu olaydan sonra əri həbs edilib./Milli.Az

Xəbər lenti

Çox oxunanlar