Çin 2021-2022-ci illər ərzində fəzaya bütövlükdə 12 nəfər göndərəcək.
Çin Mərkəzi Televiziyası xəbər verir ki, bunu Fəzaya Pilotlu Uçuşlar Proqramının rəhbər müavini, ilk çinli astronavt Yanq Livei Çin Xalq Siyasi Məşvərət Konfransının (CPPCC) Milli Komitəsinin 4-cü sessiyası zamanı bildirərək bunun daha çox fəza stansiyası inşası ilə bağlı olduğunu qeyd edib.
“Bu və gələn il əsas modul, sınaq bölümü, pilotlu fəza gəmisi də daxil olmaq şərtilə bütövlükdə 11 missiya göndərməyi nəzərdə tuturuq. Cəmi 12 nəfər fəzaya gedəcək. Çinli gənc mütəxəssislərin fəzaya getmək fürsəti daha da genişlənəcək. Odur ki, daha çox gənclərimizin astronavt dəstəsinə qəbul olunacağına inanıram”, – 2003-cü ildə fəzaya göndərilən ilk çinli Yanq Livei vurğulayıb.
Qeyd edək ki, 340-450 kilometrlik alçaq yüksəklikdə inşa olunacaq “Tianqonq” adlı fəza orbit stansiyasının 10 ildən çox fəaliyyət göstərəcəyi güman edilir. Həmin stansiyada daimi əsasla 3 nəfər çalışacaq, əvəzləmə zamanı da 6-dək astronavt yerləşə biləcək./report