Rusiyanın psixologiya elmləri namizədi Yuliya Koçetova 8 Mart Qadınlar Günü münasibətilə zərif cinsin nümayəndələrinə hədiyyə seçməklə bağlı kişilərə bəzi tövsiyələr verib.
Psixoloq kişiləri hədiyyə kimi şirniyyatlardan imtina etməyə çağırıb.
Y.Koçetova ənənəvi şirniyyat və suvenirləri müasir qadın üçün ən pis hədiyyə seçimləri adlandırıb. O, bunu hazırda bir çox qadının çəkisinə diqqət etməsi və sağlam həyat tərzi sürməsi ilə izah edib.
Bundan əlavə, psixoloq lazımsız suvenirlər, xüsusən, yumşaq oyuncaqlar, çay dəstləri, heykəlciklər verməyi tövsiyə etmir. Çünki bu cür əşyalar otağın küncünə “toz yığmaqdan başqa” işə yaramır.
Mütəxəssis ən pis hədiyyələr siyahısına şəxsi gigiyena məhsullarını da daxil edib: “Unutmayın ki, bütün xanımların öz seçimi var - məhsulların aromalarından, tərkibindən, markasından, dəri növündən çox şey asılıdır”.
Arzuolunmazlar siyahısına mətbəx qabları və məişət texnikaları da əlavə olunub ki, bu da hədiyyənin qadınlar tərəfindən evdarlıq bacarıqlarını artırmaq üçün bir işarə kimi qəbul edilə bilər./publika.az