Xəzər Xəbər

Bakının daha bir qəsəbəsi abadlaşdırılır

Bu ərazi də Balaxanı və Bibiyehbət kimi olacaq
Maraqlı | 12:13 • 15 Fevral 2021
Bakının daha bir qəsəbəsi abadlaşdırılır

Paytaxt sakinləri və turistlər üçün görməli yerlərin siyahısına daha bir məkan əlavə edilir.

 

Balaxanı, Bibiyehbət qəsəbələrinin bərpasından sonra Suraxanı rayon Əmircan qəsəbəsində də yenidənqurma və bərpa işləri aparılır. Bakının qədim kəndlərindən olan Əmircanda tarixi məkanlar maraqlı görkəm alacaq.

 

Artıq qəsəbədə bir müddətdir ki, bu istiqamətdə işlər başlayıb. Dörd küçədə abadlıq işləri görülür, əvvəllər malalanan divarlar çapılır, qədimliyi müəyyənləşən hasarlar xüsusi məhlul ilə təmizlənir, tarixi görkəmi geri qaytarılır.

 

Bu günə kimi işıqsız olan küçələrdə yeni dirəklər quraşdırılır, su və kanalizasiya boruları, rabitə xətləri bərpa edilir.

 

Qəsəbədə yük avtomobillərinin daha intensiv hərəkət etdiyi yollar asfaltla örtülür, digərləri isə qəmbər daşları ilə yenilənir./trend

Xəbər lenti

Çox oxunanlar