Xəzər Xəbər

Dünyanın ən varlı insanı olmaq üçün nə etməli? - 10 QAYDA

10 QAYDA
Maraqlı | 12:17 • 14 Fevral 2021
Dünyanın ən varlı insanı olmaq üçün nə etməli?

“Amazon”la texnologiya nəhəngləri arasında hökmünü davam etdirən Ceff Bezos elektron ticarətə kitab sataraq başlamışdı. İnternet ticarətində inqilab edən “Amazon” gündən-günə böyüyərək gəldiyi hazırkı səviyyədə dünyanın ən böyük şirkətləri ilə rəqabət aparır.

Planetin ən varlı adamlarından olan Bezosun qərarı ötən il əsl sensasiya oldu. Pandemiya sayəsində o, tarixin ilk trilyoneri idi. Amma bu yaxınlarda cari ilin üçüncü rübündə “Amazon”un baş direktoru vəzifəsindən istefa verəcəyini və onu “Amazon” veb xidmətlərinin rəhbəri Endi Cessinin əvəz edəcəyini açıqladı.

Bəs bizə dünyanın ən varlı adamlarından olan Ceff Bezosun müvəffəqiyyətə aparan iş prinsipləri haqqında nə məlumdur?

Oxucuları Bezosun iş prinsipləri ilə tanış edirik.

Ağlını yox, ürəyini dinlə!

Çox vaxt məntiq hədəfə çatmağa mane ola bilir. Ürək israr edir, məntiq isə arzularımızdan vaz keçməyin daha yaxşı olduğunu pıçıldayır. Milyarder hesab edir ki, daha çox risk etmək və qazanmaq üçün təcrübəyə deyil, instinktə arxayın olmaq ən yaxşı seçimdir.

Peşman olmayın!

Ticarətdə geriyə baxmaq vaxt itkisidir, odur ki, vaxt itirmədən bütün diqqəti irəliyə yönəldin. Hamımızın peşmançılığımız var, ancaq icazə verməməlisiniz ki, dağıdıcı düşüncələr gələcək imkanları və nailiyyətləri məhv etsin. Geriyə baxa bilərsiniz, ancaq məqsədə çatdıqdan sonra. O vaxta qədər nə qəlbinizdə, nə də ağlınızda peşmançılığa yer olmalıdır.

Uğurlu ad

Çox vaxt bir məhsul adı və bəzi diqqətəlayiq detalları ilə diqqət çəkir və bu, alıcını xərcləməyə sövq etmək üçün kifayətdir. Uğursuz ad seçimi bütün malların anbarda yığılıb qalması deməkdir. Marağı artırmaq üçün potensial müştərilər arasında heyrət və maraq oyadacaq, ən azından məhsulunuza nəzər salmağa məcbur edən bir ad seçməlisiniz.

Keyfiyyət

Heç kimin hüquqları uğrunda mübarizə aparan bir insan olmaq məcburiyyətində deyilsiniz, amma keyfiyyət kimi vacib məsələni müdafiə etmək və məhsulun istehlakçı ehtiyaclarını qarşıladığından əmin olmaq hər işdə yaxşı başlanğıc hesab olunur. Öz iddialarını müdafiə etmək və hər hansı məhsula zəmanət vermək iqtidarında olmayan və ya istəməyən bir müəssisə gec-tez batmağa məhkumdur.

Məhsul marketinqdən daha vacibdir.

Məhsulunuza investisiya qoyulması arzuolunandır. Reklamlarınız daha maraqlı olduğu üçün deyil, məhsullarınız başqalarından daha yaxşı olduğu üçün müştəriləriniz sizə qayıtmaq istəyəcək. Odur ki, doğru yoldasınız. Marketinq strategiyası yaxşıdır, amma məhsul uğursuz olarsa, bu biznes uzun sürməyəcək. Məhsulun daha çox müştəri cəlb edəcəyindən əmin olmaq üçün keyfiyyətə investisiya qoyun.

Müştərinin maraqları üzərində düşünün!

Əgər hər hansı məhsulu satışa çıxarmaq istəyirsinizsə, müştəriyə diqqət yetirin - işinizin əsas hissəsi onlardır. Müştərinizin ehtiyaclarına diqqət yetirin, şərh və rəyləri oxuyun, onların istəklərini nəzərə alın. Rəylər yaxşıdırsa, təşəkkür edin. Müştəriləri görməzliyə vuran və sadəcə gəlirləri hesablayan şirkət və ya hər hansı müəssisə sədaqətdən məhrumdur və bu səbəbdən o qədər də etibarlı deyil.

Ucuz qiymətə premium məhsullar

Alıcılar sevdikləri məhsullara az xərc çəkdiyini biləndə təəccüblənir. Bəzi məhsullar istehsal prosesi və ya nadir materiallara görə xüsusilə bahalıdır, lakin orta hesabla bir çox məhsulun istehsalı nisbətən ucuzdur və markalama pərakəndə satışların hesabına başa gəlir. Rəqabət mühitində ən yaxşı məhsulları əlverişli qiymətə - orta pərakəndə satış qiymətindən aşağı təklif etmək vacibdir.

Yeni ticarət mədəniyyəti yaradın!

Əksər müəssisələr bir neçə əlavə etməklə sadəcə mövcud təcrübələri tətbiq edir. Əhəmiyyətsiz detal əlavə etməyə ehtiyac yoxdur, öz ticarət mədəniyyətinizi yaradın. Bezos hesab edir ki, “Amazon”dan əvvəl onlayn alış-veriş indiki kimi deyildi.

Həvəs

Prosesdən həzz almaq üçün gördüyünüz işə həvəsli olmalısınız. Həvəs olmasa, iş mexaniki və cansız prosesə çevrilir, gördüyünüz iş daha az məmnunluq gətirir, daha az məmnuniyyət isə pul qazanmağa mane olur. Başqa sözlə, iş prosesi səhərdən axşama qədər varlığınızı dəyərdən salan ağılsız yarışa çevrilə bilər.

Risk edin!

Bəzən risk etmək lazım gəlir. İstənilən işdə uğursuz olma riskiniz var. Yaxşı xəbər budur ki, tam olaraq nəyin işləmədiyini öyrənib doğru yola gedəcəksiniz. Risk uğursuzluq deyil, biznesin üzərində qurulduğu ideallara uyğun olmaq cəhdidir. Heç vaxt sahib olmadığınızı əldə etmək üçün əvvəllər heç etmədiklərinizi reallaşdırmağa hazır olun./publika.az

Çox oxunanlar