Xəzər Xəbər

Koronavirusdan sağalanlara XƏBƏRDARLIQ: Son dərəcə təhlükəlidir

Maraqlı | 19:48 • 27 Yanvar 2021
Koronavirusdan sağalanlara XƏBƏRDARLIQ: Son dərəcə təhlükəlidir

Bir çox COVID-19 xəstəsinin əsas səhvlərindən biri də xəstəlikdən əvvəl olan göstəriciləri geri qaytarmağa çalışmasıdır. Nəticədə idman həvəskarları bədənlərini fiziki məşqlərlə həddindən artıq yükləyirlər və bu, xəstəliyin təkrarlanmasına və ya post-koronavirusun ağır nəticələrinə səbəb ola bilər.


Rusiya mətbuatı xəbər verir ki, immunoloq İlya Kukin koronavirusdan sağaldıqdan sonra aktiv məşqlərə tələsməməyi tövsiyə edib.


"Bu, son dərəcə təhlükəli və qəbuledilməzdir. Virusdan sonra immunitet zəifləyir, vücudunuz hələ bu cür yükləri qəbul edə bilmir”, - mütəxəssis bildirib.



İmmunoloq ciddi fiziki gərginlik zamanı bədənin kifayət qədər enerji ehtiyatına sahib ola bilməyəcəyini izah edib. Bundan əlavə, onun sözlərinə görə, əgər bir şəxs xəstəliyin əlamətini hiss etmirsə, bu, bədənin tam sağalması anlamına gəlmir. Çünki iltihab reaksiyası zamanı prosesi mümkün qədər təcrid etməyə çalışan xüsusi maddələr meydana gəlir.


"Fərqinə varmasanız da, daha pis nəfəs alacaqsınız. Bütün bunlar virusdan sonra ağırlaşmalara yol açan amillərdir. Bədəni xəstəlikdən dərhal sonra yükləməyin. Kiçik addımlarla tədricən fiziki fəaliyyətə başlayın, lakin bundan əvvəl mütləq həkimə müraciət edin”, - İ.Kukin bildirib./Publika.az

Xəbər lenti

Çox oxunanlar