Xəzər Xəbər

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırladı

Maraqlı | 15:26 • 27 Yanvar 2021
Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırladı

Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.


Məlumatı "Daily Sabah” qəzeti yayıb.



"Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit Sabancı və Cüneyt Ozakın tərəfindən hazırlanıb.


Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar: "Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü üzərində işləməyə başladıq. Araşdırmalarımız sübut etdi ki, bu aerozol ağız və burun boşluqları toxumalarındakı virusu məhv edə bilər. Bu COVID-19-un yayılmasının qarşısını alır, sayını azaldır”./Report

Xəbər lenti

Çox oxunanlar