Xəzər Xəbər

Pandemiyanın SİRRİ AÇILIR: Hökumət nələri gizləyir?

Maraqlı | 19:41 • 26 Yanvar 2021
Pandemiyanın SİRRİ AÇILIR:

Çinin Uhan şəhərində SARS-CoV-2 koronavirusu səbəbiylə ölənlərin yaxınları, Çin səlahiyyətlilərinin səylərinə baxmayaraq ölkəyə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ilə görüşmək istəyib. 


Onlar 2020-ci ildə baş verənlərlə bağlı həqiqətləri danışmaq istəyirlər. 


"Ümid edirəm ki, ÜST mütəxəssisləri yalanları yaymaq üçün bir vasitə olmayacaqlar. Yorulmadan həqiqəti öyrənirik. Bu bir cinayət idi və ÜST-ün bu cinayətləri ört-basdır etmək üçün Çinə gəlməsini istəmirik”, - atası ötən ilin fevral ayında COVID-19-a yoluxduqdan sonra ölən Jen Hay deyib. 


Kişinin dediyinə görə, dövlət epidemiyanın başlanğıcında virusun təhlükəsi barədə susub və ölümləri gizlədib. İndi mərhumun yalan danışdığına görə məhkum etməyə çalışan yaxınlarına təzyiq göstərir: o və digər fəallar xarici mətbuatla ünsiyyət qurduğuna görə dəfələrlə dindirilib və işdən çıxarılacaqları ilə hədələyiblər. ÜST mütəxəssisləri Çinə uçanda dövlət fəalların ünsiyyət qurduğu "çatları” silib.


"Var olmadığımızı, dövlətdən hesab tələb etmədiyimizi göstərməyə çalışmayın (...) bütün platformalarımızı məhv etdiniz, amma yenə də hamıya təslim olmayacağımızı söyləmək istəyirik", - epidemiya qurbanları adından Çin dövlətinə səslənən Hay vurğulayıb.


ÜST mütəxəssislərinin epidemiyanın səbəblərini araşdırmaq üçün Uhana gəldikləri yanvarın 14-də məlum olub. Əvvəlcə Çin səlahiyyətliləri belə bir addıma qarşı çıxırdılar. /lent.az

Xəbər lenti