Rusiya hökuməti taxtadan inşa olunmuş evləri almaq üçün ölkə vətəndaşlarına ipoteka kreditlərinin verilməsini planlaşdırır.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Viktoriya Abramçenko məlumat verib.
Onun sözlərinə görə, hökumət meşə təsərrüfatının inkişafı üçün emal edilməmiş taxtanın ixracını qadağan etmək, ölkədə ağacın dərin emalını təşviq etmək, eləcə də taxta mənzillərin tikintisini stimullaşdırmaq niyyətindədir. Hazırda Rusiya Bankı (Mərkəzi Bank) taxta evlərin banklarda girov obyektinə çevrilməsi imkanlarını müzakirə edir.
Xatırladaq ki, hazırda Rusiyada taxta ev istehsalı ilə məşğul olan 65 şirkət fəaliyyət göstərir. Onların istifadə etdiyi xammalın cəmi 3 %-i yerli istehsaldır./report