Rusiyalı alimlər yuxu çatışmazlığının koronavirus riskini yüzdə 250 nisbətində artırdığı ilə bağlı xəbərdarlıq ediblər.
Lomonosov adına Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzinin rəhbəri Aleksandr Kalinkin yuxusuzluğun koronavirus da daxil olmaqla, təhlükəli xəstəliklərə yol açdığını söyləyib.
O, yuxunun insan orqanizmində vacib bir proses olduğunu vurğulayıb:
"Yuxu çox vacibdir. O, immunitetimizi yaradır. Yuxusuzluq immunitet sistemində dağıdıcı təsirə malikdir. Yuxuda azalma olarsa, immunitet kəskin şəkildə düşür”.
Həkim 5 saatdan az yatan insanların təhlükə altında olduğunu vurğulayıb:
"Belə insanın hər hansı bir virus infeksiyasına yoluxma ehtimalı, 7 saatdan çox yatanlarla müqayisədə 250 faiz daha çoxdur. Hər gün eyni vaxtda yatmaq və qalxmaq çox vacibdir. Zəngli saatdan imtina etməyə çalışın!”./Sfera.az