Qamaleya Mərkəzinin direktoru Aleksandr Gintsburq qeyd edib ki, 2021-ci ilin noyabr ayına qədər, yəni Rusiya vətəndaşlarının 70 faizi peyvəndləndikdən sonra koronavirusu idarə etmək mümkün olacaq.
XəzərXəbər Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Gintsburqun sözlərinə görə, vaksin istehsalında daha bir artım bu cədvələ uyğun olaraq davam edərsə, gələn ilin noyabr ayına qədər virusu idarə etmək mümkün olacaq.