Portuqaliyanın Portu şəhəri yaşayış üçün dünyanın ən yaxşı kiçik şəhəri hesab olunub.
Bu barədə Böyük Britaniyanın tərtib etdiyi "Small Cities Index" reytinqində deyilir.
Portu şəhəri 2019-cu illə müqayisədə 8 pillə yüksəlib. Buna ilk növbədə sərt karantin dövründə şəhər rəhbərliyinin kiçik sahibkarlara göstərdiyi dəstək tədbirləri səbəb olub.
İlk üçlükdə Belçikanın Leven və Yaponiyanın İtosima şəhərləri də qərarlaşıb.
Kiçik şəhərlərin reytinqində əhalisi 250 min nəfərdən az olan şəhərlər yer alır.