"Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Türkiyənin "Baykar”şirkətinin Baş direktoru Səlcuq Bayraktar "WhatsApp” mesajlaşma proqramından imtina etdiyini bildirib.
Bununla bağlı o "Twitter” sosial şəbəkəsindəki hesabından məlumat yayıb.
Bayraktar bildirib ki, buna səbəb proqramın yeni təhlükəsizlik qaydalarıdır.