Koronavirusun hədəfi endemik olmaqdır.
Xezerxeber.az oxu.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi, professor David Heymann deyib.
"Ehtimal ki, SARS-CoV-2 digər dörd insan koronavirusu kimi endemik hala gələcək”, - deyə alim proqnozlaşdırıb.
"O, (xüsusən də daha çox yayıldığı ərazilərdə) insan hüceyrələrində çoxaldıqca mutasiyaya davam edəcək”, - deyə alim izah edib.
Onun fikrincə, insanlıq bu virusla yaşamağı öyrənəcək.