Xəzər Xəbər

Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?

Maraqlı | 12:03 • 20 May 2020
Pandemiyadan sonra meqapolislərdə

Koronavirus pandemiyası bütün dünya üzrə meqapolislərin normal həyatında dəyişikliklərə səbəb olacaq.

"İzvestiya” xəbər verir ki, meqapolislər yeni reallıqlara uyğunlaşaraq, ortaya çıxan epidemioloji təhlükəyə reaksiya verməli olacaqlar.

Beləliklə, memarlar, şəhərsalma mütəxəssisləri, marketoloqlar, bir çox əlaqəli sahələrin işçiləri gələcək yeniliklərin müəllifinə çevrilə bilərlər.

Pərakəndə satış sahəsini aşkar dəyişikliklər gözləyir, onlayn mağazaların böyüməsi labüddür. Bazar və mağazaların dəyişdirilməsi variantlarından biri Rotterdamdakı "Shift Architecture Urbanism” dizayn bürosu tərəfindən təklif edilib. Dizaynerlərin fikrincə, "hiperlokal mikromarket”lər yaradılmalıdır.

Bu cür bazarların çoxu alış-veriş anlayışını dəyişə bilər. Belə olan təqdirdə alıcı mağazaya getməyəcək, mağaza onun yanına gələcək.

Park ərazisinin təşkili üçün yeni tələblər yarana bilər. Avstriya Memarlıq Bürosu "Studio Precht” problemin həlliüçün yeni təklif irəli sürüb.

Dincələnlərin eni təxminən 2,5 metr olan dairəvi labirint sayəsində bir-birindən etibarlı məsafədə olmalarıtəklif edilib.

Bundan əlavə, bəzi mütəxəssislər koronavirusa görəmeqapolis sakinlərinin şəhər ətrafına köçürüləcəyinə inanırlar. Bir sıra tədqiqatçılar da insanların özlərinin şəhərin daha az adam yaşayan hissələrinə köçmək istəyəcəklərinitəxmin edirlər.

Bəzi ekspertlər nəqliyyatdan kollektiv istifadə imkanlarının azalacağını, piyadaların üstünlük təşkil edəcəyini bildirirlər.

Mütəxəssislər əmindirlər ki, dünya əhalisinin yarıdan çoxunun yaşadığı şəhərlər mövcud böhran zamanı və gələcəkdə əhəmiyyətli dərəcədə dəyişəcəklər./oxu.az

Xəbər lenti

Çox oxunanlar