Xəzər Xəbər

Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi

Maraqlı | 11:48 • 20 May 2020
Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi

Sinqapur hökuməti sakinlərə ictimai nəqliyyatda mobiltelefonlarladanışmağı qadağan edib.

İnsanlar infeksiyaların ötürülmə riskini azaltmaq üçün ictimai nəqliyyatda bir-biri ilə ünsiyyəti minimuma endirməyə çağırılıb.

TASS-ın verdiyi məlumata görə, bu, iyunun 1-dən sonra ölkənin tədricən karantin rejimindən çıxmasından sonrakı dövrə aid tədbirlərə aiddir.

"Bilirik ki, bir metrə qədər olan sosial məsafəni saxlamaq nəqliyyatda çox çətin olacaq. Həyat tədricən normal halına dönməyə başlayandabir çox müəssisələrin fəaliyyəti bərpa ediləcək, məktəblərdə və universitetlərdə dərslər başlayacaq. Buna görə də, bir sıra təhlükəsizlik tədbirləri görməliyik”, - deyə, Sinqapur hökumətinin nəzdində işçi qrupunun həmsədri, Milli İnkişaf naziri Lourens Von bildirib.

Oqeyd edib ki, metroda və avtobuslarda sakinlər telefonla danışmaqdan və bir-biri ilə ünsiyyətdən çəkinməlidirlər. Bununla yanaşı, qoruyucu maskaların məcburi taxılması davam edəcək./oxu.az

Xəbər lenti