Xəzər Xəbər

Korona təklifi: 116 ölkə dəstəklədi, ABŞ və Çin isə...

Maraqlı | 15:14 • 18 May 2020
Korona təklifi:

116 ölkə Avstraliyanın koronavirusun yayılmasının səbəblərinin araşdırılması ilə bağlı müstəqil tədqiqatın aparılması çağırışını dəstəkləyib.

Bunu Avstraliya Xarici İşlər naziri Maris Peyn deyib.

"Dünya koronavirusun yayılma səbəblərini mütləq öyrənməlidir. Bu, gələcək fəlakətlərdən qaçmaq üçün mühüm əhəmiyyət daşıyır”, - XİN başçısı bildirib.

Rəsmi Kanberranın təklifini ilk olaraq Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Avropa Birliyinin bütün ölkələri dəstəkləyib. Daha sonra bu çağırışa Afrika ölkələri də qatılıb.

Avstraliyanın bu təklifinə ABŞ və Çin qarşı çıxıb. Çin Avstraliyanın təklifinin qərəzli olduğunu iddia edib. ABŞ isə bu təklifi yalnız Çinə qarşı daha sərt təhqiqatın aparılacağı zaman dəstəkləyəcəyini bildirib./axar.az

Xəbər lenti

Çox oxunanlar