Dünyada 4,5 milyondan çox yoluxma faktına səbəb olan koronavirus Hindistanda özünü aqressiv formada biruzə verir.
Hindistan koronavirusa yoluxma sayına görə Çini geridə qoyub.
Belə ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 85 min 940 nəfər virusa yoluxub. Çində isə yoluxma faktı 82 min 941 nəfərdir.
2.753 nəfərin həyatını itirdiyi ölkədə onmilyonlarla işçi miqrant çıxılmaz vəziyyətdə qalıb.
Karantinin 24 mart tarixindən etibarən tətbiqindən sonra yüz minlərlə insan işsiz olduqları üçün evlərinə qayıtmağa çalışır. Öz imkanları ilə yola çıxaraq kilometrlərlə yürüş edənlərdən əlavə, baş verənlərin qarşısını almaq üçün hökumətin qatar və ya avtobuslar göndərməsini gözləyənlər də çoxdur.
Qeyd edək ki, toplu halda gözləyən işçilər arasında sosial məsafə və digər sosial izolyasiya qaydalarına əməl edilmir.