Əksəriyyəti Afrika ölkələri olmaqla, 55 ölkədə ərzaq böhranı dərinləşəcək.
BMT-nin Qida Təhlükəsizliyi Məlumat Şəbəkəsi (FSİN) tərəfindən yayımlanan "Qida Böhranları Qlobal Hesabatı” (GRFC) 2020-ci ildə kəskin qida etibarsızlığına diqqət çəkib.
Bildirilib ki, hazırda 135 milyon insan kritik ərzaq təhlükəsizliyi yaşayır. Koronavirus pandemiyası səbəbilə 2020-ci ilin sonuna qədər isə 265 milyondan çox insan qlobal aclığın astanasında olacaq. Bu durum da qida etibarsızlığı üçün proqnozlaşdırılan böhran səviyyəsinin ikiqat artması deməkdir.
Qeyd edək ki, şəbəkə BMT-nin nəzdində fəaliyyət göstərir və Dünya Ərzaq Proqramı, UNICEF, UNHCR, OCHA, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa İttifaqı, ABŞ-ın müxtəlif təşkilatları tərəfindən dəstəklənir./publika.az