Mütəxəssis ərəb ölkələrində kişilər arasında koronavirusun daha çox yayılma səbəblərini izah edib.
Rusiya mətbuatı xəbər verir ki, müasir cəmiyyətlərin mədəniyyəti sahəsində Qətər tədqiqatçısı Kathsam Abderrahmanın sözlərinə görə, kişilər evdə vaxt keçirməkdənsə, toplaşmaq və xəbər mübadiləsi aparmağa üstünlük verir. Bu ənənəyə görə daha çox kişilər COVİD-19 xəstəliyinə yoluxurlar. Mütəxəssis qeyd edib ki, bunu statistika sübut edir - ərəb ölkələrində xəstə kişilər xəstə qadınlara nisbətən beş dəfə çoxdur.
"Ənənəyə görə, zərif cinsin nümayəndələri evdə daha çox vaxt keçirir, həyat yoldaşı isə xəbərləri dostları ilə müzakirə etməyə tələsir. Körfəz ölkələrində cəmiyyətlər gündəlik qarşılıqlı münasibətlər, qohum-əqraba və dostlarla görüşlər üzərində qurulur. Xüsusilə kişilər evdən kənarda görüşməyə üstünlük verir. Bunun üçün evlərdə də "Məclislər” - "Məsləhətlər” adlanan xüsusi yığıncaq otaqları var”, deyə, eskpert əlavə edib./publika.az