Koronavirusun öldürücülük potensialında azalma var.
Bunu Türkiyənin Kartal Lütfi Kırdar Tədris və Araşdırma Xəstəxanasının baş həkimi Rəcəb Dəmirxan deyib.
"Bu tamamilə bir müşahidədir. Virusun öldürücülüyündən söhbət gedir. Virus gücünü itirərək mutasiyaya uğrayır. Artıq şok tablosunda kəskin temperaturlu xəstələr yerinə yüngül kliniki tablolar olan xəstələr görürük. Bu durum da virusun mutasiyaya uğradığını, ölümcüllüyündə azalma olduğunu düşündürür", - baş həkim qeyd edib./oxu.az