Xəzər Xəbər

COVID-19 xəstələri virusun daşıyıcısı olaraq qala bilər

Maraqlı | 17:52 • 15 May 2020
COVID-19 xəstələri virusun daşıyıcısı olaraq qala bilər

Koronavirusa yoluxmuşinsanda simptomlar görünməsə də, xəstəlikdən sonra o, bir müddət virusun daşıyıcısı ola bilər.

Bu barədə Stopkoronavirus.rf "Rospotrebnadzor”a (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) istinadla məlumat yayıb.

Çin alimləri tərəfindən aparılmış araşdırmanın nəticələri göstərib ki, koronavirus sağalmadan və xəstəliyin bütün simptomlarının yoxa çıxmasından sonra ən az 14 gün bədəndə qala bilər.

"Bununla yanaşı, bütün sanitariya-gigiyena qaydalarına əməl olunarsa, xəstənin sağalmadan sonra başqalarını yoluxdurma ehtimalı azdır”.

Koronavirus infeksiyasının davamlılıq dövrü bədənə daxil olan patogenin miqdarından və insanın immun reaksiyasından asılıdır. Patogenin olmamasını yalnız bir gün aralığı ilə aparılan ikiqat mənfi nəticə verən analiz müəyyənləşdirə bilər.

Xəbər lenti