Xəzər Xəbər

Türkiyə 23,5 milyon turistə dörd fərqli dildə məktub göndərir

Maraqlı | 18:27 • 14 May 2020
Türkiyə 23,5 milyon turistə dörd fərqli dildə məktub göndərir

Türkiyənin Antalya şəhərinə gələn 23,5 milyon turistə dördfərqli dildə məktub göndəriləcək.

"Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, koronavirusdan təsirlənən turizm sektorunu canlandırmaq məqsədilə bu qərara gəlinib.

Məktub "Akdeniz Turistik Otelciler ve İşletmeciler Birligi” tərəfindən"SunAndMore” heşteqi ilə hazırlanıb.

Dörd dildə (türk, ingilis, alman, rus) yazılan, 2019-cu ildə bölgənin bütün hotellərinə gələn turistlərə göndərilən məktubda turistlərin virusun yayıldığı müddətdə evdə qalmaları, sonra isə Antalyaya dəvət edildiyi qeyd olunur.

Alanya bölgəsində turizm sektorunda çalışanlar daeyni qaydada turistlərə məktub göndərmək qərarına gəliblər. Lakin onlar əlavə olaraq məktubları polyak, fars və fin dillərinə də çeviriblər./oxu.az

Xəbər lenti