Koronavirusun yayılmasının qarşısını almaq üçün birdəfəlik rezin əlcəklərin əvəzinə parça əlcəklərdən də istifadə etmək olar.
"RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun İctimai Sağlamlığın Təhlili və Proqnozlaşdırılması Laboratoriyasının müdiri, tibb elmləri doktoru Boris Reviç deyib.
Onun sözlərinə görə, bütün növ əlcəklərdən istifadə mümkündür:
"Düşünmürəm ki, kimsə payızda və qışda istifadə edilən əlcəklərdən isti havadaistifadə edə. Hesab edirəm ki, ən yaxşısı, bağçada işləmək üçün istifadə olunan parça əlcəklərdir. Bu cür əlcəkləri asanlıqla yumaq və daim istifadə etmək mümkündür”.