Xəzər Xəbər

Maskada qaçdığı üçün ürəyinin yeri dəyişdi

Maraqlı | 17:33 • 14 May 2020
Maskada qaçdığı üçün ürəyinin yeri dəyişdi

Epidemiyanın tüğyan etdiyi bu günlərdə küçədə maskasız hərəkət etmək çox təhlükəlidir. Ancaq bu həmişə belə deyil. Bəzən əksinə, maska taxmaq ölümcül təhlükəli ola bilər. Çinli gənc bunu öz nümunəsində göstərib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, gənc iki həftə ərzində hər gün məsafəni bir az da uzatmaq şərti ilə qaçırmış. Lakin koronavirusla bağlı tədbirlər çərçivəsində o, bu müddətdə maska taxıb. Gəncsonuncu dəfə dörd kilometrqaçdıqdan sonra özünü pis hiss edib və evə yollanıb. Onun vəziyyəti ağırlaşanda isə ailəsi tərəfindən xəstəxanaya çatdırılıb.

Məlum olub ki, qaçışdan sonraonun sol ağciyəri 90 faiz sıxılıb, ürəyi isə bədəninin sağ tərəfinə keçib. Həkimlər bunu onun qaçarkən maska taxması ilə əlaqələndiriblər.

26 yaşlı uhanlı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti stabil qiymətləndirilir./oxu.az

Xəbər lenti

Çox oxunanlar