Ölümcül nəticələr doğuran yeni tip koronavirusa qarşı peyvənd ən yaxşı ehtimalla, 1 il ərzində təsdiq olunacaq.
Bu barədə Avropa Dərman Agentliyi açıqlama yayıb.
Agentliyin Peyvənd Departamentinin rəhbəri Makro Kavaleri peyvəndin sentyabra qədər hazır olacağına dair iddiaları inandırıcı hesab etməyib: "Peyvəndin istehsalına sıfırdan başlandı. Ümidverici danışsaq, 1 il içində hazır olacaq. Yəni 2021-ci ildə”./publika.az