Xəzər Xəbər

ÜST-dən DƏHŞƏTVERİCİ AÇIQLAMA: koronavirus da QİÇS kimi...

Maraqlı | 14:42 • 14 May 2020
ÜST-dən DƏHŞƏTVERİCİ AÇIQLAMA:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, "koronavirus bizimlə həmişəlik qala bilər".

Çərşənbə günü keçirilmiş brifinqdə çıxış edən ÜST-ün fövqəladə hallar üzrə direktoru professor Mike Rayan virusun nə vaxt yox olacağını əvvəlcədən müəyyənləşdirməyə çalışanlara xəbərdarlıq edib.

O, əlavə edib ki, hətta peyvənd tapılsa belə, virusa nəzarət etmək "kütləvi səy" tələb edəcək.

Dünyada təxminən 4.3 milyondan çox adamın yoluxduğu, 300 min nəfərin isə bu virusa yoluxma nəticəsində öldüyü deyilir.

BMT isə pandemiyanın xüsusən zehni səhiyyə sahəsinə investisiya qoyuluşu olmayan ölkələrdə geniş yayılmış sıxıntı və psixi xəstəliklərə səbəb olduğu barədə xəbərdarlıq edib.

Qurum hökumətləri ruhi sağlamlıqla bağlı məsələləri koronavirusa qarşı ümumi reaksiyanın bir hissəsinə çevirməyə çağırıb.

ÜST nə bəyan edib?

Bunu nəzərə almaq vacibdir ki, bu virus cəmiyyətlərimizdə başqa bir endemik virusa çevrilə bilər və heç vaxt yox olmaya bilər", - Cenevrədən bir virtual mətbuat konfransında cənab Rayan deyib.

"HİV yoxa çıxmadı - ancaq biz virusla barışdıq".

Sonra Dr Rayan "bu xəstəliyin nə vaxt yox olacağını kiminsə təxmin edə biləcəyinə" inanmadığını bildirib.

Hal-hazırda 100-dən çox potensial peyvənd üzərində iş getdiyini deyən professor Ryan, bununla belə qızılca kimi digər xəstəliklərin olduğunu və peyvəndlərin olmasına baxmayaraq, o cür virusların hələ də aradan qaldırılmadığını qeyd edib.

ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus səy göstərməklə virusa nəzarət etmənin hələ mümkün olduğunu vurğulayıb.

"Trayektoriya bizim əlimizdədir və bu, hər kəsin işidir. Pandemiyanın qarşısını almaq üçün hamımız töhfə verməliyik", - qurum rəhbəri deyib.

ÜST-ünn epidemioloqu Maria van Kerkhove brifinqdə "bu pandemiyadan çıxmaq üçün bir az vaxt lazım olduğuna dair düşüncə tərzini formalaşdırmalıyıq" deyib.

Bir neçə ölkənin tədricən təcrid tədbirlərini yüngülləşdirməyə başladığı, liderlərin iqtisadiyyatlarının necə və nə vaxt açılacağı məsələsinə baxdıqları zaman sərt reaksiyalar da gəlməkdə davam edir.

Cənab Tedros təcridin yumşaldılmasının infeksiyanın ikinci dalğasını tətikləmədən baş verməsinə zəmanətin olmadığını bildirib.

"Bir çox ölkələr fərqli tədbirlərdən yayınmaq istəyir", - ÜST rəhbəri deyib, - "Ancaq tövsiyəmiz hələ də hər hansı ölkədə təhlükəsizlik tədbirləri mümkün olan ən yüksək səviyyədə olmalıdır".

Dr Rayan "bəzi sehrli fikirlər var ki, təcrid mükəmməl işləyir və karantin rejiminin aradan qaldırılması zamanı da vəziyyət əla olacaq. Hər iki fikir təhlükəlidir".


Xəbər lenti